Modern.az

Ermənistanda daha 18 nəfər koronavirusdan öldü

Ermənistanda daha 18 nəfər koronavirusdan öldü

7 Dekabr 2020, 10:52

Ermənistanda daha 407 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 141 937 olub.

 

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 18 nəfər artaraq 2 344-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 595-ə yüksəlib. İndiyədək 117 649 nəfər infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 21 756 aktiv koronavirus xəstəsi var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI