Modern.az

Şəhid xanımlar - Kişilərin başını dik saxlayan qüvvə

Şəhid xanımlar - Kişilərin başını dik saxlayan qüvvə

7 Dekabr 2020, 10:58

Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də bütün sahələrdə ərinin başını dik saxlayan, ona arxa, dayaq olan qüvvədir. Bu, tarixin sınağından dəfələrlə keçib.

 

Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, şəhid olan, yaralanan yüzlərlə qadınlarımiz olub.

 

O qəhrəmanlar ki, biz onları fəxarətlə yad edirik.

 

İkinci Qarabağ savaşında şəhid olan xanım Arəstə Baxışovadır. Arəstə Baxışova Vətən müharibəsində yaralı əsgərimizi döyüş meydanından çıxararkən şəhid olub. Arəstə Baxışova döyüş bölgəsində tibb bacısı kimi xidmət göstərib. Ailəli idi. İki övladı yadigar qalıb.

 

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, keçmiş döyüşçü Radə Abbasova mövzu barədə Modern.az-a danışıb. O, Azərbaycan qadınının hər zaman döyüşmək əzmində olduğunu bildirib:

 

 

Azərbaycan qadınının şəhid olması kökdən gəlir …

 

Döyüşlərə kişilərlə bərabər qatılıb savaşan qadınlar türk xalqlarına məxsusdur. Digər xalqlarda da bu olub. Amma örnək bizdən keçib. Həmişə deyirəm ki, Azərbaycan qadını Sara xatundur, Tomrisdir, alimdir, professordu, akademiki, Sovet məkanında ilk hərbi vertolyot idarə edəndir.

 

Türkiyənin Çanaqqala savaşında batalyon yaradıb döyüşə girən qara Fatma Azərbaycan xanımıdır. Bu cür faktlar çoxdur. Ona görə də İkinci Qarabağ savaşında da Azərbaycan qadınının şəhid olması bizim kökümüzdən gələn məsələdir. Kimlər üçünsə təəccüblü olsa da, bizim üçün təəccüblü deyil.

 

Bu gün Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva zəkası, bacarığı, çalışqanlığı, humanistliyi, Ağdama, Cəbrayıla getməsi ilə dediklərimi bir daha təsdiqləmiş oldu. Bu gün Mehriban Əliyeva tək azərbaycanlılar üçün deyil, dünya xanımları üçün örnəkdir.

 

25 şəhid qadınımız

 

Birinci Qarabağ savaşında 25 qadın şəhidimiz oldu. Amma yüzlərlə qadınımız erməni təcavüzünün qurbanı olub. 70 yaşında analarımız, 3 yaşında körpələrimiz, doğulmadan balalarımız şəhid olub. 450 qadınımız erməni girovluqda qaldı. Ermənilər bu barədə heç nə demir. Bir il bundan əvvəlki məlumata görə, 266 nəfəri sağ idi. 423 nəfər haqqında məlumat əldə edə bilsək də, qalanları haqqında məlumat verilməyib.

 

 

Vətən Müharibəsinin qadın qəhrəmanları

 

Şəhid qadın olan Arəstə Baxışovadan danışan Radə Abbas onun qəhrəmanlıq göstərdiyini qeyd edib:

 

İkinci Qarabağ savaşında bir şəhid qadınımız var. Arəstə Baxışova tibb bacısı idi. O böyük qəhrəmanlıq göstərdi və şəhid oldu.  Onu da deyim ki, Vətən müharibəsində yüzlərlə qadınımız iştirak edib. Hətta həkim olmayan qadınlarımız Vətən müharibəsində olub. Bir həkim vardı. Yoldaşı həkim kimi cəbhəyə yollansa da, qadını ərini tək qoymur. Uşaqlarını anasına verib yoldaşı ilə İkinci Qarabağ savaşına qatılır. Bizim bu cür qadınlarımız çoxdur. Biz onlarla qürur duyuruq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi