Hüquq-mühafizə orqanları əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində icra başçısı Namiq Zeynalovun da saxlanıldığl bildirilir.
Modern.az-ın məlumatına görə, onun korrupsiya əməlində ittiham edildiyi qeyd olunur.
***
Hüquq-mühafizə orqanları əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə məlumat yayılıb..
Modern.az xəbər verir ki, yayılan məlumatlarda saxlanılanların olduğu bildirlir.
Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalovdur. Yayılan xəbərlərdə icra başçısının da sorğu-sual edildiyi söylənilir...