Modern.az

Şuşa və Ağdərədə erməni cəsədlərinin axtarışı başa çatdı

Şuşa və Ağdərədə erməni cəsədlərinin axtarışı başa çatdı

7 Dekabr 2020, 13:10

Qarabağ döyüşlərində ölən və itkin düşənlərin axtarışları davam etdirilir.

Modern.az xəbər verir ki, Azərbaycan, Ermənistan, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarından ibarət axtarış qrupları fəaliyyətini davam etdirir. 

 

Axtarış qruplarının Şuşa və Ağdərə istiqamətində əməliyyatları başa çatdırdığı, erməni hərçbilərin döyüş meydanında qalan meyitlərinin toplandığı xəbər verilir.

Hazırda Xocavənd və Hadrut istiqamətində axtarışlar aparılır.

 

Yaxın günlərdə Cəbrayıl və Zəngilanda itkin düşmüş erməni hərbçilərin cəsədlərinin toplanması gözlənilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM