Modern.az

Türkiyədə hərbi maşın aşdı, 5 əsgər yaralandı

Türkiyədə hərbi maşın aşdı, 5 əsgər yaralandı

7 Dekabr 2020, 21:43

Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda jandarmaya məxsus hərbi maşın qəzaya uğrayıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

 

Hadisə nəticəsində beş əsgər yaralanıb. Yaralılar maşından çıxarılaraq İnönü Üniversiteti Tibb Fakültəsi Turgut Özal Tibb Mərkəzinə çatdırılıb.

 

Əsgərlərin sağlıq durumunun yaxşı olduğu bildirilir.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

 

T.İSMAYIL

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI