Suriyanın Kiprdəki səfiri də Əsəd rejimindən imtina edərək müxalifət qüvvələrinin tərəfinə keçib. Modern.az-ın xarici ölkə mətbuatına istinadən verdiyi məlumata görə, Suriyada baş verən qanlı hadisələrə görə iqtidarda da parçalanmalar davam etməkdədir. Əsədin Kiprdəki səfiri Lamia əl Harirri Əl Ərəb televiziyasına açıqlamasında mövcud iqtidardan ayrılaraq müxalifətin tərəfinə keçdiyini və Əsəd hakimiyyətinə qarşı olduğunu bəyan edib.
Qeyd edək ki, bir müddət öncə Suriyanın İraqdakı səfiri də müxalifətin tərəfinə keçərək Bəşər Əsədə qarşı çıxdığını açıq-aşkar bildirmişdi.
Anar RÜSTƏMOV