Artıq işğal edilmiş ərazilərimiz azad edildikdən sonra bu torpaqlarda qanayan yaralarımızı sarmaqla məşğuluq .Bu gün o bölgələrdə böyük quruculuq işləri ilə məşğuluq, illərdir qanayan ürəyimizə artıq sevinc göz yaşları ilə bir şəkildə məlhəm çəkib, həyatımıza davam edirik. Yəni, 30 ilin açdığı böyük problemləri aradan qaldırmaqla məşğuluq. Biz İkinci Vətən Müharibəsində 2783 şəhid verən millətik və bu insanların hər biri bizim uğrumuzda dünyasını dəyişiblər. Mənim də Şəhidlərimizlə, Şəhid ailələri ilə, Qazilərimizlə bağlı təkliflərim var.
Bu insanların- Şəhidlərin, Qazilərin, Yaralıların, onların ailə üzvlərinin himayə edilməsi, sadəcə, dövlətin, dövlətin təsdiq edəcəyi sosial paketlərin üzərinə düşən iş deyil. Bu, heç də uropatriotizm kimi qarşılanmasın, onlar bizim hər birimiz üçün həlak olublar. Ona görə də rəsmi qurumlarda işləyən, rəsmi əməkhaqqı alan hər bir Azərbaycan vətəndaşı yəqin ki, etiraz etməz və fikirlərimiz də yəqin ki, absurd, subyektiv qarşılanmaz, çox demirik, onların əmək haqqından heç olmasa, 1 manat belə olsa, aylıq tutularsa və bu qəbildən olan ailələrin hesabına yatırılarsa, ümumilikdə dövlətə də yardım edilmiş olar.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva “Müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair” komitədaxili dinləmə zamanı çıxışında deyib.
Deputat bildirib ki, eyni zamanda, bununla bu insanların könlünü almağa və onların qarşısındakı mənəvi borcu bir şəkildə yerinə yetirməyə yardımcı ola bilərik.
“Bununla yanaşı, heç şübhəsiz ki, həyatlarıını itirmiş vətəndaşlarımızın-
Xanım parlamentari məlum təklifinin səsləndirilməsindən saatlar sonra, yəni, bu gün səhər saatlarında ölkə Prezidenti İlham Əliyev tərəfindən müvafiq Fərman imzalandığını da qeyd edib.
Fərmana əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb.
Həmçinin, Prezidentin müvafiq Sərəncamı ilə adıçəkilən Fondun Himayəçilik Şurasının tərkibi təsdiqlənib.
“Şurada kifayət qədər tanınmış insanlar, ziyalılar təmsil olunurlar. Hesab edirəm ki, belə bir Fondun yaradılması və nüfuzlu şəxslərdən ibarət Himayəçilik Şurasının fortmalaşdırılması Şəhid ailələrinin, Qazilərimizin problemlərinin həllinə öz müsbət töhfələrini verəcək. Belə bir Fondun yaradılmasına görə, ölkə Prezidentinə də öz adımdan dərin minnətdarlığımı bildirirəm”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.