Modern.az

Daha bir komanda 1/8 finala vəsiqə qazandı - Çempionlar Liqası

Daha bir komanda 1/8 finala vəsiqə qazandı - Çempionlar Liqası

9 Dekabr 2020, 00:10

 

Dekabrın 8-də futbol üzrə UEFA Çempionlar Liqasının 6-cı turuna start verilib.

 

Modern.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma erkən başlayıb.

 

F qrupunda yer alan İtaliyanın “Latsio” klubu öz meydanında Belçikanın “Brügge” komandasını qəbul edib.

Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Bu nəticədən sonra qrupda 10 xal toplayan “Latsio” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Digər oyunda Almaniyanın “Borussiya Dortmund” klubu səfərdə Rusiyanın “Zenit” komandasının qonağı olub. Bu oyun hər iki komanda üçün formal xarakter daşıyırdı. Belə ki, "Borussiya Dortmund" səkkizdəbir finala vəsiqəni vaxtından əvvəl qazanmışdı, "Zenit" isə 1 xalla UEFA Avropa Liqasında mübarizə aparmaq şansını itirmişdi.

Bu qarşılaşma Dortmund təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Beləliklə, "Borussiya Dortmund" və "Latsio" növbəti mərhələyə vəsiqəsini təmin edib. "Brügge" UEFA Avropa Liqasında iştirak edəcək. "Zenit" isə cari mövsüm avrokuboklarda mübarizəsini dayandırır.

 

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti" və "Liverpul", İspaniyanın "Sevilya" və "Barselona", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus" və Portuqaliyanın "Portu" klubları 1/8 finala vəsiqə qazanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI