Modern.az

“Azəriqaz”ın 4 əməkdaşı şəhid olub - FOTOLAR

“Azəriqaz”ın 4 əməkdaşı şəhid olub - FOTOLAR

Aktual

9 Dekabr 2020, 09:28

SOCAR-ın 500-ə yaxın əməkdaşı Vətən müharibəsinin iştirakçısı olub.

 

Bu barədə Modern.az-a məlumat verən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, bu rəqəm yalnız ştatda olan işçiləri əhatə edir.

 

Qeyd edək ki, SOCAR və tabeli qurumlarda müqavilə əsasında çalışan əməkdaşlar da var.

 

İ.Əhmədov deyib ki, SOCAR tabeli qurumlardan Vətən müharibəsində ən çox "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları iştirak edib:

 

"Ümumilikdə 140 nəfər ştat işçisi, 275 nəfər xidməti müqavilə ilə çalışan əməkdaşı ll Qarabağ savaşında döyüşüb".

 

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-a deyib ki, Vətən müharibəsində iştirak edən əməkdaşkardan 4nəfəri şəhid olub:

 

"Qəhrəmanlarımızdan biri Coşqun Əhməd oğlu Səfərovdur. O, Salyan Regional qaz istismarı İdarəsinin Salyan Xidmət Sahəsində işləyib. Sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Fizuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Digər şəhidimiz Emin Firqət oğlu Rüstəmzadədir. O, Tərtər Regional qaz istismarı İdarəsinin Mingəçevir Xidmət Sahəsində işləyib. Emin Rüstəmzadə də sentyabrın 27-dən döyüşlərə qatılıb və Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

 

Hənçinin, Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşı Ziyafət oğlu Baxşəliyev və Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşı  Nuran Akif oğlu Mirzəyev də vətən yolunda şəhid olublar.

 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!" 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI