Modern.az

“YAŞAT”ın Himayəçilik Şurasının ilk iclası keçirilib - FOTOLAR

“YAŞAT”ın Himayəçilik Şurasının ilk iclası keçirilib - FOTOLAR

Aktual

9 Dekabr 2020, 10:24

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.

Qurumdan Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Fondun gələcək hədəflərindən söz açılıb.

 

Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər və təkliflərini diqqətə çatdırıblar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib.

 

Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Abdullayev Çingiz Akif oğlu


Alızadə Sevinc Əsgərxan qızı


Aslanov Novruzəli Davud oğlu


Aşina Məsud


İbrahimov Mənsum İsrafil oğlu


İsgəndərov Anar Camal oğlu


Qasımov Balakişi Ələkbər oğlu


Novruzov Cahangir Mütəllib oğlu


Ramaldanov Şair Ramaldan oğlu


Səfərəliyeva Rəna Teymur qızı


Zəkiyev İlham Əzizağa oğlu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI