Modern.az

Bakıda “kitayski” QHT yaradıldı

Bakıda “kitayski” QHT yaradıldı

25 İyul 2012, 14:56

Zhang Xuanyuan adlı çinlinin yaratdığı QHT qrant da ala bilər...

Azərbaycanda əcnəbi vətəndaşın təsis etdiyi qeyri-hökumət təşkilatı rəsmi qeydiyyatdan keçib. Modern.az Ədliyyə Nazirliyinə istinadən bildirir ki, bu əcnəbi Çin Xalq Respublikasının vətəndaşıdır.

Zhang Xuanyuan adlı çinli Azərbaycanda yaratdığı QHT “Əməkdaşlıq və dostluq naminə çinlilərin Azərbaycandakı assosiasiyası”  İctimai Birliyi adlanır.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, təşkilatın fəaliyyətində məqsəd Azərbaycan və Çin xalqları arasında əməkdaşlıq və dostluq münasibətlərin möhkəmləndirilməsinə kömək etməkdir.

Qeyd edək ki, son illər kütləvi şəkildə Bakıya axışan çinlilərə indi Azərbaycanın hər yerində rast gəlmək olar. Onlar Azərbaycanda müxtəlif işlərlə məşğul olurlar, ticarət sahəsindən tutmuş, tikinti, neft sektorunadək. Deyəsən çinlilər Bakıda xırdavat satmağı tədricən başqa işlərə dəyişirlər...


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu