Nazirlər Kabineti Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib. Modern.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin kollegiyasının iki üzvü Soltan Əliyev və Leyla Seyidbəyova qurumdan çıxarılıb, onları müvafiq olaraq Gülmirzə Poladov və Elmira Əliyeva əvəzləyib. Qərarı Baş nazir Artur Rasizadə imzalayıb.
Beləliklə, Səhiyyə Nazirliyinin kollegiyasının üzvləri aşağıdakı səhiyyə işçiləridir:
Oqtay Şirəliyev - səhiyyə naziri (sədr)
Abbas Vəlibəyov - səhiyyə nazirinin müavini
Nigar Əliyeva - səhiyyə nazirinin müavini
Elsevər Ağayev - səhiyyə nazirinin müavini
Zəkiyyə Mustafayeva - Səhiyyə Nazirliyinin Aparat rəhbəri
Niyazi Novruzov - Naxçıvan Muxtar Respublikası səhiyyə naziri
Gülmirzə Poladov – Səhiyyə nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri
Kamalə Mehdiyeva - Səhiyyə Nazirliyinin Kadr, Elm və Təhsil şöbəsinin müdiri
Akif Əlibəyov - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Elmira Əliyeva - Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi
Telman İbadov - Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi
Modern.az