Modern.az

“Kütləvi yas mərasimlərindən tam imtina etməliyik” - Deputatdan çağırış

“Kütləvi yas mərasimlərindən tam imtina etməliyik” - Deputatdan çağırış

Aktual

9 Dekabr 2020, 13:42

Hər gün COVID-19 -a yoluxma ilə bağlı açıqlanan rəqəmlər vəziyyətin heç də yaxşı olmadığını göstərir. Hətta vəziyyət o həddə çatıb ki, bu gün görüşüb danışdığımız insanlar koronavirusdan dünyasını dəyişir.

 

Bölgələrdə isə vəziyyəti qeyri-ciddiyə alan insanlar daha çoxdur. Xüsusilə karantin qaydalarını pozaraq yas mərasimləri təşkil edilir, insanlar toplu halında  bir araya gəlir.

 

Bu bir daha onu göstərir ki, bölgələrdə bəzi insanların məsuliyyətsizliyi yoluxmanı sürətləndirir.

 

İndiki halda, yas mərasimləri necə keçirilməlidir?

 

Mövzu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, xəstəlik daha çox insanların kütləvi toplaşıqları yerlərdə yayılır:

 

“Ümumi təcrübə bunu göstərir. Ona görə kütləvi yas mərasimlərinin keçirilməsindən qəti imtina etməliyik. Artıq insanların əksəriyyəti bu məsələyə anlayışla yanaşmağa başlayıblar. Çox çətin bir dövrə qədəm qoymuşuq. Hamı diqqətli olmalı, özünü və yaxınlarını qorumalıdır”.

 

Deputat yas mərasimləri keçirməyə cəhd edən insanlara qarşı sərtləşmənin vacibliyini də qeyd edib:

 

“İnsanlar özləri belə tədbirlərin kütləvi təşkilindən və burada kütləvi iştirakdan çəkinməlidirlər. Əməl olunmadığı təqdirdə sərt məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilməlidir. Virusla mübarizə həm də milli təhlükəsizlik məsələsidir. Hər bir vətəndaş bu məsələyə həssaslıqla və diqqətlə yanaşmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI