UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda daha bir oyun keçirilib.
Modern.az xəbər verir ki, H qrupunda ötən gün təxirə salınmış PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) görüşü baş tutub.
Matçın 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib.
Oyun PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.