Modern.az

Bakıda yeznə qaynını döydü

Bakıda yeznə qaynını döydü

10 Dekabr 2020, 00:37

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə 9-cu mədən ünvanında baş verib. 

 

35 yaşlı Məlikov Bünyamin Əkbər oğlu Muxtarov küçəsində bacısıgilə qonaq gedib. O, mübahisə zamanı yeznəsi tərəfindən döyülüb. Onun baş nahiyəsinə fincanla zərbə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər ona təpə nahiyəsinin kəsilmiş, cırılmış yaraları diaqnozu qoyub.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI