Modern.az

Jurnalistlər İsmayıllını seçdi

Jurnalistlər İsmayıllını seçdi

Media

25 İyul 2012, 18:19

Bir qrup jurnalist Bakıdakı qaynar istilərdən baş götürüb dincəlmək üçün iyulun 29-da İsmayıllı rayonuna səfər etməyi planlaşdırır. Bu barədə səfərin təşkilat komitəsinin üzvü, “Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev Modern.az saytına məlumat verib.
Onun sözlərinə görə, özü, həmkarları Mübariz Aslanov (Azadinform), Yelena Sidorenko (“Xəzər” TV) və Səma Abıyeva (“Yurd” TV) tərəfindən təşəbbüs irəli sürülərək Facebook sosial şəbəkəsində “Mətbuat qeyri-rəsmi” adlı təklif irəli sürülüb.

Təklif Facebook-da olan jurnalistlərə təsdiq üçün göndərilib və qısa zamanda bir çox agentliklərin, televiziyaların, saytların əməkdaşları buna müsbət cavab veriblər.

Səfərə “Xəzər” TV, “Lider” TV, ATV, ANS, “Yurd” TV, “İnteraz” TV, “Səs” TV, MuzTV-nin, “Araz” radiosunun, “Trend”, “Azadinform”, “Salamnews” agentliklərinin, Azxeber.com, Modern.az saytlarının nümayəndələri qatılacaq.

Avtobusla təşkil olunacaq bir günlük səyahətə jurnalistlər cəmi 20 manat pul xərcləyəcəklər.

Yalnız tədbirlərdə və yaxud hansısa qurumun təşkil etdiyi səfərlərdə bir-biri ilə görüşən həmkarlar artıq özləri öz istirahətlərinin təşkilatçısı olmaq qərarına gəliblər.

“Mətbuat nümayəndələrinin təklifə günü-gündən artan marağını görərək belə səfərlərin ölkənin müxtəlif dilbər guşələrinə mütəmadi şəkildə təşkil olunacağı gözlənilir. Jurnalistlərimizin əksəriyyətinin Facebook sosial şəbəkəsində fəallıq göstərməsi bu kimi tədbirlərin təşkilatçılığını asanlaşdırır ”- deyə Murad Əiyev qeyd etdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi