Modern.az

Neymar Çempionlar Liqasının tarixinə düşdü

Neymar Çempionlar Liqasının tarixinə düşdü

Aktual

10 Dekabr 2020, 01:13

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin VI turunun Türkiyə "Başakşehir"i ilə oyununda het-trik edən Neymar Fransanın PSJ klubunun heyətində turnirdəki qollarının sayını 20-yə çatdırıb.

 

Modern.az xəbər verir ki, braziliyalı hücumçu iki fərqli komandada 20 və daha çox qol vurmuş oyunçu kimi ÇL-in tarixinə düşüb.

 

28 yaşlı forvard Paris klubundan öncə çıxış etdiyi İspaniya "Barselona"sında 21 dəfə fərqlənib (report).

 

Qeyd edək ki, PSJ - "Başakşehir" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI