Modern.az

Rusiya səfiri İsrail XİN-ə çağırıldı

Rusiya səfiri İsrail XİN-ə çağırıldı

10 Dekabr 2020, 10:09

Rusiyanın Təl-Əvivdəki səfiri Anatoliy Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb. Qeyd olunub ki, səfirin XİN-ə çağırılmasına səbəb bir neçə gün əvvəl verdiyi müsahibə olub. 

 

Viktorov müsahibəsində “İranın manevrləri deyil, İsrailin ərəb ölkələri və ya Fələstinlə qarşıdurmada Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini yerinə yetirməməsi Yaxın Şərq üçün ən böyük problemdir”,- deyə bildirib. 

 

İsrail hökuməti tərəfindən narahatlıqla qarşılanan açıqlama səfirin nazirliyə çağırılması ilə nəticələnib.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi