İtaliyanın əfsanəvi futbolçusu Paolo Rossi vəfat edib. Modern.az xarici KİV-ə istinadən verir ki, İtaliya millisinin sabiq üzvü 64 yaşında dünyasını dəyişib.
Paolo Rossi İtaliya millisi ilə 1982-ci ildə dünya çempionu olub. Həmin il Rossi “Qızıl top”a sahiblənib.
Paolo “Yuventus”, “Milan”, “Verona”, “Perucia” kimi klubların şərəfini qoruyub.
İkiqat İtaliya çempionu, İtaliya kubokunun, UEFA Çempionlar kubokunun, Kuboklar kubokunun və superkubokunun sahibidir.
Son illərdə isə RAİ telekanalında futbol mütəssisi kimi çalışırdı.