Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Umid Mirzəyevin rəhbərlik etdiyi Avrasya Mətbuat Fondu İctimai Birliyi 11 ayın sultanı olan Ramazan ayında Dövlət Filormoniyasında Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində məcburi köşkün düşmüş ailələrimizin nümayəndələri, şəhid ailələri, Milli Qəhrəman ailələri və müharibə veteranları (onların ailələri) üçün tədbir və konsert proqram hazırlayıb.
Bu proqramla əlaqədar Türkiyənin sənətçisi Nursaç Doğanişıq sabah Azərbaycana gələcək və Azərbaycanda ilk dəfə konsert verəcək.