Modern.az

İlham Əliyev hərbçilərimizin Şuşadakı qəhrəmanlığından DANIŞDI

İlham Əliyev hərbçilərimizin Şuşadakı qəhrəmanlığından DANIŞDI

10 Dekabr 2020, 14:01

“Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad olunan sonuncu şəhər oldu. Şuşa düşməndən azad olunandan sonra düşmənin beli qırıldı. Düşməni təslim olmağa məcbur etdik”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

 

“Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim ordumuz - qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək qayalar vasitəsilə dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı”, dövlət başçısı bildirib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər