Modern.az

Bir qrup jurnalist Bakıdan Gürcüstana gedib

Bir qrup jurnalist Bakıdan Gürcüstana gedib

Media

26 İyul 2012, 10:44

“Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın Dmanisi rayonun Armudlu yaylağında “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” keçirilir.

Tədbirdə iştrak etmək üçün bir qrup jurnalist Bakıdan Gürcüstana gedib. Bu barədə “Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidməti Modern.az-a  məlumat verib. Cəmiyyətdən bildirilib ki, bu gün keçiriləcək tədbirdə jurnalistlər Seymur Verdizadə (“Reytinq”), Asif Mərzili (“Təzadlar”), Rufik İsmayılov (“Kaspi”),  İmdad Əlizadə (“Mediaforum”),  İlham Məmmədli (“Bütöv Azərbaycan”), Dayandur Sevgin (“Türküstan”), Aqil Aslan (“Ekspress”), Sevinc İltifatqızı (Modern.az) da iştirak edəcək. Bundan başqa elat günlərinə Türkiyədən gələn  jurnalistlər, könüllü qonaqlar, iş adamları da qatılacaqlar.  

Tədbirdə elat ənənələri və nümunələri nümayiş olunacaq, güləş, cıdır, futbol yarışları keçiriləcək, geniş konsert proqramı keçiriləcək.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi