Sabirabadda qətl hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü Nuruşov Sakit Elşad oğlu əmisi nəvəsi tərəfindən bıçaqla qətlə yetirilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.