Modern.az

Eşitmə və nitq məhdudiyyəti olanlar üçün maarifləndirmə işi aparılır

Eşitmə və nitq məhdudiyyəti olanlar üçün maarifləndirmə işi aparılır

Aktual

11 Dekabr 2020, 09:10

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi “Eşitmə və nitq qabiliyyəti olmayan uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsinin icrasına başlayıb. 

 

Təşkilatın sədri Cəsarət Hüseynzadə bildirib ki, Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi  ilə həyata keçirilən layihənin əsas məqsədi eşitmə və nitq qabiliyyəti olmayan uşaqların kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirilməsidir.

 

Layihə çərçivəsində 1 filmin, 2 çizgi filminin və aktual mövzularda 5 video materialın surdo tərcümə edilməsi nəzərdə tutulub. Hazırlanan surdo formatlı video məhsullar disk formatında çoxaldılaraq uyğun şəxslər və müəssisələrdə pulsuz paylanılacaq. 

 

Eyni zamanda Azərbaycanda surdoloji sahəsinin inkişaf etdirilməsi məqsədi ilə qanunvericiliyində əksini tapması üçün təkliflər paketini hazırlamaq və müvafiq qurumlara təqdim etmək.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI