Modern.az

Əmanətlərin tam sığortalanması aprelin 5-dək uzadılır

Əmanətlərin tam sığortalanması aprelin 5-dək uzadılır

Aktual

11 Dekabr 2020, 12:12

Əmanətlərin tam sığortalanmasının müddəti uzadılır.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib.

 

Layihəyə əsasən, qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi