Modern.az

Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik təsdiq edildi

Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik təsdiq edildi

Aktual

11 Dekabr 2020, 12:15

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

Modern.az xəbər verir ki,, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi