Modern.az

Azərbaycanda yol vergisi yeni qaydada tutulacaq

Azərbaycanda yol vergisi yeni qaydada tutulacaq

Aktual

11 Dekabr 2020, 12:33

Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisi tutulması ilə bağlı yeni prosedur müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin 11 dekabr tarixli iclasında birinci oxunuşda müzakirə edilən Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan Gömrük Məcəlləsinə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

 

Dəyişikliyə əsasən, yol vergisi xarici dövl ətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulacaq və 1 bank günü ərzində dövlət büdcəsinə köçürüləcək.

 

Vergi Məcəlləsinə də analoji məzmunda dəyişiklik təklif olunur.

 

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi