Gənc Tamaşaçılar Teatrına yeni baş rejissorun təyin olunduğu barədə məlumat yayılıb. Bildirilir ki, “Şöhrət” ordenli Xalq artisti Cənnət Səlimova Gənc Tamaşaçılar Teatrında baş rejissor vəzifəsindən kənarlaşdırılıb. Xanım baş rejissorun əvəzinə həmin vəzifəyə əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun təyin olunduğu vurğulanır.
Modern.az məlumata aydınlıq gətirmək üçün Gənc Tamaşaçılar Teatrı ilə əlaqə saxlayıb.