Modern.az

Rüstəm Xəlilov şəhid ailələrini ziyarət edib - FOTO

Rüstəm Xəlilov şəhid ailələrini ziyarət edib - FOTO

Aktual

11 Dekabr 2020, 12:57

Dekabrın 11-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət edib.

 

İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, öncə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıq göstərdiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilmiş Şıxəliyev Mehti Yalçın oğlunun, sonra isə Hüseynov Nicat Adil oğlunun və Yaqubov Hümbət Mərhəmət oğlunun ailəsi ziyarət edilib.

 

Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi