Modern.az

Özəl xəstəxanalarda çalışanlara mükafat ödənildi

Özəl xəstəxanalarda çalışanlara mükafat ödənildi

Aktual

11 Dekabr 2020, 13:16

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi oktyabr ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 2 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 38 nəfər könüllüyə mükafat ödəyib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib.

 

Qərara əsasən özəl tibb müəssisələrində çalışan 2 nəfər tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 5.6 min manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

 

Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 38 nəfər könüllüyə oktyabr ayı üzrə ümumilikdə 9.5 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi