Amerikanın investisiya şirkəti olan “Goldman Sachs” olimpiadalarda hansı ölkənin neçə medal alacağı mövzusunda proqnozlar verib.
Modern.az xəbər verir ki, Azərbaycan üçün verilən proqnoza görə, 2008-ci ildə Pekində keçirilən olimpiya oyunlarında ölkəmiz 1 qızıl medal əldə etmişdisə, bu il Londonda keçirilən olimpiya oyunlarında qızıl medalların sayı 2 olmaqla Azərbaycan cəmi 7 medal alacaq və 28-ci yerdə qərarlaşacaq.
Proqnoza görə, ABŞ cəmi 108 medal ilə birinci sırada olacağı qeyd edilib. İkincilik üçün isə 98 medalla Çinin adı verilib. Rusiya 74 medalla üçüncü, Böyük Britaniya 65 medalla dördüncü, Avstraliya isə 46 medalla beşinci sırada yer alıb.
Aytən Əliyeva