Modern.az

Bakıda “Renault” qadını vuraraq ÖLDÜRDÜ

Bakıda “Renault” qadını vuraraq ÖLDÜRDÜ

Aktual

11 Dekabr 2020, 14:18

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, dekabrın 10-u saat 7 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Məmmədov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Musayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi