Modern.az

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Aktual

11 Dekabr 2020, 15:48

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə xidmətin rəis müavini Bəhruz Məhəmmədov açıqlama verib.

 

O bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu məlum olub.  

 

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə edilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi