Modern.az

Qırmızı Xaçın Bakı ofisi azərbaycanlı əsgərlə bağlı məsələni araşdırır

Qırmızı Xaçın Bakı ofisi azərbaycanlı əsgərlə bağlı məsələni araşdırır

26 İyul 2012, 14:21

“Azərbaycan ordusunun əsgəri Firuz Fərəcovun erməni tərəfə əsir düşməsi xəbərini biz də mediadan almışıq”. Bu sözləri  Modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin mətbuat xidmətinin əməkdaşı İlahə Hüseynova  deyib.

İlahə Hüseynova bildirib ki, hazırda məlumatın dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Ermənistanın “armenia today” saytının məlumatına görə, Azərbaycan əsgəri Firuz Fərəcov iyulun 26-da saat 06.00 radələrində Ermənistan-Azərbaycan sərhədini keçib və erməni tərəfə təslim olub.

Mail Ağaxanov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?