Modern.az

Traktor Abşeronu qazsız qoydu

Traktor Abşeronu qazsız qoydu

Aktual

11 Dekabr 2020, 19:17

Dekabrın 11-də axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə massivi adlanan ərazinin M.Ə.Sabir küçəsində traktor ilə diametri 108 mm olan qaz xəttini vuraraq qırıblar.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

"Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin məlumatına görə, qəza zamanı müşahidə edilən qaz sızmasının qarşısını almaq üçün bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qaz təchizatının bərpası məqsədilə müvafiq işlərin görülməsinə başlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi