Modern.az

Özbəkistan Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu aldı

Özbəkistan Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu aldı

11 Dekabr 2020, 22:15

Bu gün Ali Avrasiya İqtisadi Birliyinin onlayn iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Avrasiya İqtisadi Birliyinin (AİB) üzv və müşahidəçi dövlətləri iştirak ediblər.

 

Tədbirdə Özbəkistanın AİB-ə müşahidəçi kimi qəbul olunması məsələsinə baxılıb və qəbul edilib.

İclasda iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz çıxışında deyib: “Biz AİB-də çoxplanlı əməkdaşlığın inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin potensialından istifadə etmək, ticarət münasibətlərindəki əngəlləri aradan götürmək, yeni bazarlar formalaşdırmaq vacib məsələlərdir”.

Dövlət başçısı bildirib ki, AİB-ə üzvü olan ölkələr Özbəkistanın əsas ticarət tərəfdaşlarıdır. Son illərdə Özbəkistanın AİB ölkələri ilə əmtəə mübadiləsinin həcmi iki dəfə artıb. Dövlət başçısı deyib ki, AİB-də müşahidəçi statusu almaq bu dövlətlər ilə daha keyfiyyətli dialoq qurmağa və AİB çərçivəsində baş verən proseslərdə yaxından iştirak etməyə imkan yaradacaq.

Xatırladırıq ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan AİB-in üzvləridir. Bu gün Özbəkistanla birgə Kuba da müşahidəçi statusu alıb. Moldova da bu qurumda müşahidəçi statusundadır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi