Modern.az

Gürcüstan parlamentinə spiker seçildi

Gürcüstan parlamentinə spiker seçildi

11 Dekabr 2020, 22:28

Gürcüstan parlamentinin yeni sədri seçilib.

 

Modern.az xəbər verir ki, X çağırış yeni parlamentin ilk iclasında bir sıra təşkilatı məsələlərə baxılıb, deputat Arçil Talakvadze parlamentin sədri seçilib.

Onun namizədliyini 86 deputat dəstəkləyib.

 

Parlament sədrinin birinci müavini vəzifəsinə (birinci vitse-spiker) Gia Volski, qanunverici orqanın sədr müavinləri vəzifələrinə isə Kaxa Kuçava və David Sergeyenko seçiliblər.

Parlamentdə hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyası çoxluq fraksiyası yaradıb. 90 üzvü olan fraksiyaya Mamuka Mdinaradze rəhbərlik edəcək.

 

Qeyd edək ki, 37 yaşlı A.Talakvadze hakim Gürcü Arzusu Partiyasının seçki siyahısında II yerdə olub. O, 2019-cu ilin iyunundan bu ilin oktyabrın 1-dək spiker vəzifəsini tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi