Modern.az

Tovuzda piyadanın ölümünə səbəb olan sürücü vəfat etdi

Tovuzda piyadanın ölümünə səbəb olan sürücü vəfat etdi

11 Dekabr 2020, 23:17

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Aşağı Quşçu kəndinin ərazisində qeydə alınıb.

 

Modern.az xəbər verir ki, kənd ərazisində hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən hələlik kimliyi məlum olmayan səxsi vurub. Ağır xəsarət alan piyada yerindəcə vəfat edib.

 

Hadisədən bir müddət sonra sürücü, Şəmkir rayon Düyərli kənd sakini 32 yaşlı Röyal İmanovun qəfil halı pisləşib. Dərhal ona təcili tibbi yardım çağırılıb. Bütün zəruri tədbirlərə baxmayaraq, sürücü ürək tutmasından vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi