Modern.az

İran səfiri XİN-ə çağırıldı

İran səfiri XİN-ə çağırıldı

11 Dekabr 2020, 23:32

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. 

 

Türkiyə XİN-ə çağırılan səfir Ferazmendə bildirilib ki, İran XİN rəhbəri Cavad Zərifin “Twitter” hesabında Türkiyə Prezidentinin ünvanına yazdığı əsassız ittiham İran və Türkiyə arasındakı münasibətlərə xələl  gətirib. Bu, İran və Türkiyə arasındakı əlaqələri pozmaq istəyənlərə fürsət vermək deməkdir və qəbuledilməzdir. 

 

Qeyd edək ki,  bu gün Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şerə İran XİN-də siyasi xarakter verildiyi üçün, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq Türkiyədən bu barədə izahat  tələb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi