Amerika İranın nüvə proqramına qarşı artıq kiber müharibəyə başlayıb. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, İran ABŞ tərəfindən kiber hücumların başladığını bildirib. Rəsmi Tehran bunun müqabilində ABŞ-a lazımı cavab verəcəklərini və hücumların qarşısını alacaqlarını bəyan edib. İran rəsmiləri hücumların daha böyük fəsadlara yol açacağını nəzərə alaraq ABŞ-ı kiber hücumları dayandırmağa çağırıb.
Güclü orduya və hərbi texnikaya malik olan İran rəsmiləri ABŞ-dan qorxmadıqlarını, onlara layiqli cavab verə biləcəklərini vurğulayıblar.
Anar RÜSTƏMOV