Modern.az

Nəcməddin Sadıkovun general bacısı oğlu işdən çıxarıldı

Nəcməddin Sadıkovun general bacısı oğlu işdən çıxarıldı

Hadisə

12 Dekabr 2020, 16:10

Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.

 

Modern.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, nazir Zakir Həsənovun müvafiq əmri ilə Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, Ramil Əsgərov Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur. O, general-mayor rütbəsini bu ilin iyununda almışdı.

 

N.Sadıkovun özünün isə II Qarabağ müharibəsinin ilk günlərində vəzifəsindən azad olunduğu bildirilir. Bu barədə hələlik rəsmi açıqlama olmasa da, Müdafiə Nazirliyinin rəsmi saytında olan Baş Qərargah rəisi bölməsindən Nəcməddin Sadıkovun adı çıxarılıb. Hazırda həmin bölmə boşdur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu