İyulun 25-də ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş imtahanların nəticələri məlum olub. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə iyulun 25-də coğrafiya fənni üzrə imtahana buraxılan 646 nəfərdən 188-i işə qəbul olunub.
Qeyd edək ki, Fizika fənni üzrə imtahana buraxılan 729 nəfər isə iyulun 26-sı və 27-də 290 vakant yer uğrunda biliklərini sınayacaqlar.
Modern.az