Modern.az

Parisdə etirazçılara fransızsayağı sərtlik

Parisdə etirazçılara fransızsayağı sərtlik

13 Dekabr 2020, 09:22

Parisdə keçirilən etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 142 nəfərə çatıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

 

Bundan əvvəl 119 nəfərin saxlanılması barədə məlumat verilmişdi.

 

“Zorakılıqlar törətmək üçün bir neçə yüz iğtişaşçı gəlmişdi. Xuliqanlara qarşı möhkəmlik strategiyası – 142 nəfərin saxlanılması və aksiya iştirakçılarının müşayiəti – iğtişaşçıların qarşısını almağa və ticarət sahələrini qorumağa imkan verdi”, - deyə nazir öz “Twitter” səhifəsində yazıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi