Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat təşkilatı İraqın şimalında növbəti uğurlu əməliyyat keçirib.
Modern.az Türkiyə Silahlı Qüvvələrinin rəsmi tvitter səhifəsinə istinadla bildirir ki, əməliyyat nəticəsində 5 terrorçu məhv edilib. Nazirlik bundan sonra da terrorla mübarizəni kəskin formada davam etdirəcəyini vurğulayıb.