Şamaxının Saqiyan kəndinin adı dəyişdiriləcək | Modern.az
Menu
Şamaxının Saqiyan kəndinin adı dəyişdiriləcək
13 Dekabr 2020, 15:35
Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsi bir neçə dəfə Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, dekabrın 15-də keçiriləcək plenar iclasda Saqiyan kəndinin Günəşli adlandırılması müzakirəyə çıxarılacaq.
Milli Məclisin Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında kəndin adının dəyişdirilməsinin vacibliyini qeyd edib:
“Bir neçə dəfə Saqiyan kəndinin adının dəyişdirilməsi ətrafında fikir mübadiləsi aparmışıq. Hesab edirəm ki, kəndin adının Günəşli adlandırılması ilə bağlı deputat həmkarlarım yerli əhalinin və arxeoloqların fikirlərini dəstəkləyəcək”.