Modern.az

Teleaprıcı Lalə Azərtaş şəhid qızı olmasını TƏKZİB ETDİ

Teleaprıcı Lalə Azərtaş şəhid qızı olmasını TƏKZİB ETDİ

14 Dekabr 2020, 09:58

Teleaprıcı Lalə Azərtaş şəhid qızı olması ilə bağlı yayılan xəbələri təkzib edib, bu məlumatı ictimailəşdirənləri isə qeyri-peşəkar adlandırıb.

 

Modern.az-ın məlumatına görə, aparıcı müharibə gedən dövrdə şəhidlərlə bağlı heç bir paylaşım etmədiyinə diqqət çəkərək, hazırda ona şəhid ailələri tərəfindən göndərilən foto və mesajları olduğu kimi paylaşdığını deyib:

 

“Müharibə getdiyi dövrdə mən şəhidlərlə bağlı heç bir paylaşım etmədim, çünki müharibəninin öz qanunları var. İndi isə biz qalib ölkəyik. Bütün dünya bu qələbənin hansı oğullar hesabına qazanıldığını bilməlidir. Mən paylaşımlarımda şəhidlərə-şəhidim yazıram. Çünki onlar həm də mənim şəhidimdir. Məlumatı göndərən xanım, “atam” deyə xitab etmişdi, mən də onu olduğu kimi paylaşdım. 

Şəhid qızı olmaq şərəfdir. Amma yayılan məlumat yalan və təsdiqlənməmiş məlumatdır. Sizin yalan məlumatlarınız ucbatından valideynlərimin, mənim, bacılarımın telefonları susmayıb. Hər kəs qəribə çaşqınlıq içərisindədir. Mən hansısa nazirliyin şöbəsində işləmirəm ki, tapa bilməyəsiz. Siz insan hissilə oynamağı bu qədərmi asan sayırsınız?

Bu xəbəri yazmadan əvvəl zəng edib dəqiqləşdirmək çox çətindirmi?! Allah hamının ailəsinə sağlıq versin. Mən Lalə Qabil qızıyam. Şükürlər olsun ki, atam sağ-salamatdır və Allahın verdiyi ömrü yaşayacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi