Modern.az

İcra başçısı şəhid gizirin ailəsini ziyarət edib - FOTO

İcra başçısı şəhid gizirin ailəsini ziyarət edib - FOTO

14 Dekabr 2020, 20:05

Qubada şəhid baş gizir Şahin Allahyarovun ailəsi ziyarət edilib.

 

Modern.az xəbər verir ki, Quba rayon İH-nin başçısı Ziyəddin Əliyev bu gün dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən müharibəsi qəhrəmanı"adına layiq görülən Şahin Allahyarovun rayonun Zizik kəndindəki ailəsinə baş çəkib.

 

Baş gizirin valideynləri, həyat yoldaşı ilə görüşən rayon rəhbəri belə bir cəsur övlad, dövlət üçün layiqli vətəndaş və hərbçi yetişdirən valideynlərə təşəkkür edib, bu yüksək mükafatın verilməsini Şahin Allahyarov kimi oğullara dövlət, xalq tərəfindən verilən dəyər kimi qiymətləndirərək onların unudulmadığını və heç vaxt unudulmayacağını da deyib. Şahin Allahyarovun atası Hüseynbala Allahyarov göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə təşəkkür edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi