Modern.az

İrəvanda Paşinyanın istefası tələb olunur

İrəvanda Paşinyanın istefası tələb olunur

14 Dekabr 2020, 20:24

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, yürüşdə yüzlərlə müxalifət tərəfdarı qatılıb.

 

Etirazçılar "xəyanətkar Nikol", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.

 

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Mitinqlərin əsas təşkilatçıları "Daşnaksütun", "Ana Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi