Modern.az

Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçısı seçildi

Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçısı seçildi

14 Dekabr 2020, 21:02

"France Football" nəşri futbol tarixinin ən yaxşı qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu ada SSRİ yığmasının qolkiperi Lev Yaşin layiq görülüb.

 

Mükafata həmçinin Qordon Benks (İngiltərə) Toma Nkono (Kamerun), Canluici Buffon ("Yuventus", İtaliya), Peter Şmeyxel (Danimarka), İker Kasilyas (İspaniya), Edvin van der Sar (Niderland), Zepp Mayer (Almaniya), Manuel Noyer ("Bavariya", Almaniya), Dino Zoff (İtaliya) kimi qapıçılar iddia edirdi.

 

Qeyd edək ki, qalibi "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi