Modern.az

ABŞ-ın qərarına qarşı lazımı addımlar atılacaq - Türkiyə XİN

ABŞ-ın qərarına qarşı lazımı addımlar atılacaq - Türkiyə XİN

15 Dekabr 2020, 00:25

ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınayırıq və rədd edirik.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

 

Qeyd olunub ki, ABŞ-ın Türkiyənin məsələni iki müttəfiqə yaraşacaq şəkildə dialoq və diplomatiya yolu ilə həll etmək təklifini qəbul etməməsi və birtərəfli sanksiyalara əl atması icazəsiz hərəkətdir.

 

Bildirilib ki, Türkiyə ABŞ-ın qərarına qarşı lazımı addımlar atacaq:

“Türkiyə, milli təhlükəsizliyi təmin etmək üçün lazımlı hesab etdiyi tədbirlərdən çəkinməyəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi